ABŞ qaz inqilabı elan etdi — Dünyada yeni yanacaq erası başlayır?

OXUNUB: 869 DÜNYA
ABŞ 2020-ci ilə qədər qlobal bazara maye təbii qaz çıxarmaq niyyətindədir.


Bu barədə məlumat Ağ Evin rəsmi internet səhifəsinə yerləşdirilib. Amerika qazının satışı 2016-2040-ı illər ərzində federal büdcəni 118 milyard dollar həcmində artıra bilər.

Məlumatda deyilir: "ABŞ-ın qaz inqilabı ölkəmizin maye təbii qaz ixracatında aparıcı qlobal oyunçuya çevrilməsi ilə nəticələnəcək".

1953-cü ildən ABŞ təbii qaz ixracatçısıdır. ABŞ prezidenti Donald Tramp 28 aprel tarixində Barak Obamanın şelf ərazisində faydalı qazıntı istehsalını məhdudlaşdıran qərarını ləğv edib. Bununla da Tramp Atlantik, Sakit və Şimal buzlu okeanının ərazilərində neft-qaz axtarışlarının genişlənməsinə şərait yaradıb. Sənədə əsasən 7 milyon kv.kilometrlik ərazidə faydalı qazıntı axtarmaq mümkündür. Bu ərazidə 90 milyard barrel neft və 9 trillion kubmetr qaz olduğu ehtimal edilir./olke.az
 
 
İcmal.Az

RƏYLƏR