ABŞ Qurani-Kərimin yandırılmasını pisləməyib

OXUNUB: 477 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, NATO üzvlüyü Ankaranın təsdiqindən asılı olan İsveçdə irqçilik və nifrətlə dolu təxribata imza atan Rasmus Paludan Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. İsveçdəki qalmaqallı aksiyaya dünya reaksiya versə də, ABŞ hadisəni qınamayıb. TRT World-ün müxbiri Yunus Paksoy Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında ABŞ-ın Qurani-Kərimi təhqir etməyə yanaşmasını soruşub. Prays, hadisənin hörmətsizlik və iyrənc olduğunu, bəlkə də pis niyyətlə edildiyini söylədi, lakin təhqiri qınamadı.

7NEWS.az

RƏYLƏR