ABŞ: Rusiya dostumuz deyil

OXUNUB: 642 DÜNYA

Moskva hazırkı siyasi kursundan imtina etməyincə Vaşinqtonun dostu olmayacaq.

Bu bəyanatı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli  səsləndirib.

"Rusiya dostumuz deyil və onların hökuməti indiki dəyərlərə sahib olduğu, beynəlxalq arenada özünü indiki kimi apardığı müddətdə bizim dostumuz olmayacaq”, - deyə Heyli Qərbi Virciniyada, respublikaçıların toplantısında bildirib.

Heyli qeyd edib ki, Rusiya Federasiyasını 2016-cı ildəki seçkilərə müdaxilədə günahkar hesab edir və bunu "yaramaz bir hadisə kimi” qələmə verib. ABŞ-ın daimi səfiri Rusiya hakimiyyətini Ukrayna ərazilərinin işğalında, Suriyada hökumətə dəstək olmaqda ittiham edib./oxu

İcmal.Az

RƏYLƏR