ABŞ Rusiyaya sanksiya təzyiqini davam etdirəcək

OXUNUB: 615 DÜNYA

ABŞ və müttəfiqləri Rusiyaya sanksiyalarla təzyiq göstərmək üzrə işləyəcəklər.

İcmal.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ maliyyə nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Biz sanksiyaların tətbiqi məsələsində müttəfiqlərimizlə və tərəfdaşlarımızla işləyəcəyik".

Qeyd edək ki, ABŞ 2018-ci ilin yanvarından fiziki və hüquqi şəxslərə bir neçə enerji layihələrində Rusiya şirkətləri ilə iş aparmağa qadağa qoyub.

İcmal.Az

RƏYLƏR