Kosovo prezidenti Vjosa Osmani ABŞ senatorları Kris Mörfi və Qari Piterslə görüşüb.
7NEWS.az xəbər verir ki, Kosovo Rəyasət Heyətində keçirilən görüşdə hərbi əməkdaşlığın artırılması, Kosovonun beynəlxalq təşkilatlara üzvlüyü, Kosovo və Serbiya münasibətləri və kibertəhlükəsizlik kimi məsələlər müzakirə edilib. Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən prezident Osmani Kosovonun dünyanın 'ən amerikapərəst ölkəsi' olduğunu və bununla fəxr etdiyini bildirib.
7NEWS.az