ABŞ Senatoru Con MakKeyn: "Putin İŞİD-dən də böyük təhlükədir"

OXUNUB: 1009 DÜNYA
ABŞ konqresinin xarici siyasət mövzusunda tanınmış şəxslərindən sayılan respublikaçı senator MakKeyn Putin haqqında açıqlama verib.


Senator Con MakKeyn Rusiya prezidenti Vladimir Putinin İŞİD-dən də böyük bir qlobal təhlükə olduğunu bildirib.

MakKeyn deyib: "Putinin ən birinci və ən önəmli təhlükə olduğunu, hətta İŞİD-dən də böyük bir təhlükə olduğunu düşünürəm. Məncə qarşımızdakı ən böyük problem ruslardır. Bu səbəbdən sanksiyaları genişləndirməliyik. Tətildən qayıdanda Senatın Rusiyaya yeni sanksiya və cəza tətbiq edəcəyinə inanıram"./olke.az
 

İcmal.Az

RƏYLƏR