ABŞ Suriyadakı kürd qüvvələrinə silah tədarük etməyə başlayıb

OXUNUB: 744 DÜNYA

ABŞ "Suriya Demokratik Qüvvələri” adlandırdığı ("Syrian Democratic Forces”, SDF) PYD, YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi  texnika tədarük etməyə başlayıb.  

Bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.

Bundan əvvəl "Reuters” Vaşinqtonun Rəqqanın azad edilməsi əməliyyatında iştirak edən kürd silahlı dəstələrinə silah tədarük etməyə başladığını bildirib.

"Mən təsdiqləyə bilərəm ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın kürd qüvvələri üçün avadanlıqların tədarükünə başlayıb... İlk olaraq odlu atıcı silahlar və nəqliyyat vasitələri tədarük edilir”, - deyə o bildirib.   

Qeyd edək ki, bundan əvvəl prezidenti Donald Tramp Suriya kürd qruplaşmalarına minaatanlar və pulemyotlar da daxil olmaqla ağır silahların tədarük edilməsi planlarını imzalamışdı. /apa

İcmal.Az

RƏYLƏR