ABŞ Tayvanda əsgərlərinin sayını 4 dəfə artıracaq

OXUNUB: 199 Özəl DÜNYA
Çinə təzyiq strategiyasını davam etdirən ABŞ, Tayvan ordusunun təlim proqramını gücləndirmək üçün yerləşdirdiyi əsgərlərin sayını 4 dəfə artırmağa qərar verdi. 

7NEWS.az xəbər verir ki, Cənub-Şərqi Asiyada Çini cilovlamaq üçün hərəkətlər davam edərkən, ABŞ Tayvanda hərbi mövcudluğunu dörd dəfə artırmağa qərar verib. "Wall Street Journal”a  danışan amerikalı rəsmilər qeyd ediblər ki, ABŞ yaxın aylarda Tayvana 100-200 hərbçi göndərməyi planlaşdırır. 

Müvafiq qərar Vaşinqton administrasiyasının bir müddətdir Tayvan ordusuna təklif etdiyi hərbi təlim proqramını genişləndirmək məqsədilə qəbul edilib. 

7NEWS.az

RƏYLƏR