ABŞ Maliyyə Nazirliyi Sıtkı Ayan və şirkətlərini İnqilab Keşikçiləri Korpusunun adından İran neftini satıb göndərməklə ABŞ sanksiyalarını pozduqlarına görə sanksiya siyahısına daxil edib.
7NEWS.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi türkiyəli iş adamı Sıtkı Ayan və onun şirkətlərini İran İnqilab Keşikçiləri üçün neft satışında vasitəçilik edərək, İrana qarşı sanksiyaları pozduqlarına və gəlirlərin yuyulmasına görə sanksiya siyahısına daxil edib.
Ayanın şirkətləri İran nefti üçün beynəlxalq müqavilələr və daşınma əməliyyatları təşkil etməkdə, həmçinin İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələri adından gəlirlərin mənşəyini gizlətməyə və yuyulmağa kömək etməkdə ittiham olunurlar.
7NEWS.az