ABŞ dövlət katibi Antoni Blinken Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə və Suriyaya humanitar yardımın 185 milyon dollara yüksəldildiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibi Blinken Twitter hesabından verdiyi açıqlamada indiyə qədər edilən 85 milyon dollarlıq yardıma əlavə olaraq 100 milyon dollarlıq humanitar yardımın da veriləcəyini açıqlayıb.
USAID tərəfindən daha əvvəl edilən yazılı açıqlamada, Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Türkiyə və Suriyaya 85 milyon dollar yardım ediləcəyi bildirilib.
7NEWS.az