ABŞ-ın "Raytheon” silah şirkəti aralarında Türkiyənin də olduğu 10 ölkəyə AMRAAM havadan-havaya raket sistemi satacaq.
Bu barədə "Reuters” xəbər agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən (Pentagon) məlumat yayıb.
Pentaqondan verilən açıqlamaya görə, raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Ruminya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.
1980-ci illərin sonunda istehsal edilən bu radar motivli raketlər ABŞ-da ən öldürücü havadan-havaya silah kimi dəyərləndirilir. Raketlərin sürəti təxminən 72 km-dir./publika
İcmal.Az

























