7NEWS.az xəbər verir ki, Rusiya Ukraynanın kritik infrastruktur obyektlərinə zərbə endirdikdən sonra ABŞ yeni Yardım paketi hazırlayıb. Paketin ilk hissəsinin elektrik avadanlıqlarından ibarət olduğunu deyən ABŞ rəsmiləri 13 milyon dollarlıq ilk yükün dünən Ukraynaya çatdığını bildirib. Yüksək rütbəli ABŞ rəsmisi tərəfindən edilən açıqlamada, "Hazırda strategiyamız, ilk növbədə, Rusiya tərəfindən qəsdən hədəf alınan kritik infrastruktur obyektlərinə görə Ukraynanı qorumaqdır. Çünki bu, humanitar fəlakət ola bilər."-deyilib.
7NEWS.az