ABŞ Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb

OXUNUB: 224 Özəl DÜNYA
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya yeni 200 milyon dollarlıq yardım paketinin bir hissəsi olaraq Patriot hava hücumundan müdafiə və HIMARS çoxbarrelli raket sistemləri üçün sursat tədarük edəcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Pentaqonun bəyanatına görə, Vaşinqton Kiyevə yeni hərbi yardım paketi çərçivəsində Patriot hava hücumundan müdafiə, HIMARS çoxbarrelli reaktiv yaylım atəşi sistemləri, artilleriya sistemləri və tanklar üçün sursat, eləcə də müxtəlif növ tank əleyhinə raket sistemləri verəcək.

ABŞ ordusunun anbarlarından ediləcək tədarükün ümumi məbləğinin 200 milyon dollar olacağı bildirilib.

7NEWS.az

RƏYLƏR