ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yardım edəcək

OXUNUB: 540 Özəl DÜNYA
ABŞ administrasiyası ordu inventarından Ukraynaya 2,5 milyard dollarlıq əlavə hərbi yardım ediləcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada yeni yardım paketi ilə rəhbərliyin 30-cu dəfə Amerika ordusunun inventarından Ukraynaya silah və texnika təmin etdiyini bildirib.

Avenger hava hücumundan müdafiə sistemlərinin də yeni yardım paketinə daxil olduğunu açıqlayan Blinken, ABŞ-ın daha əvvəl göndərdiyi Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemləri (NASAMS) üçün də sursat veriləcəyini qeyd etdi.

Blinken verdiyi açıqlamada paketin ümumi dəyərinin 2,5 milyard dollar olduğunu bildirdi.

7NEWS.az

RƏYLƏR