7NEWS.az xəbər verir ki, ABŞ administrasiyası ordu inventarından Ukraynaya 2,5 milyard dollarlıq əlavə hərbi yardım ediləcəyini açıqlayıb. ABŞ dövlət katibi Antoni Blinken verdiyi yazılı açıqlamada yeni yardım paketi ilə rəhbərliyin 30-cu dəfə Amerika ordusunun inventarından Ukraynaya silah və texnika təmin etdiyini bildirib.
7NEWS.az