7NEWS.az xəbər verir ki, ABŞ və Filippin arasında ən böyük ortaq hərbi təlim davam edir. Təlimlərdən paylaşılan son görüntülərdə iki ordunun düşmən gəmisini raketlərlə vurması və artilleriya məşq etməsi anları əks olunub. Səlahiyyətlilər "Bizim ittifaqımız canlıdır və biz daim özümüzü sınayırıq” mesajını verdi.
Ukraynada Rusiya Ordusunun kabusuna çevrilən Amerikanın HIMARS reaktiv yaylım atəşi sistemləri bu dəfə Filippin üzərindən atılıb. ABŞ və Filippin günlərdir davam edən hərbi təlimlərindən yeni görüntülər paylaşıb.
7NEWS.az