ABŞ vertolyotlarla İŞİD komandirlərini xilas etdi

OXUNUB: 635 DÜNYA

Suriya ordusunun Mayadinin azad olunması əməliyyatının başlanmasına 2 həftə qalmış Amerika vertolyotları İŞİD-in xarici komandirlərini şəhərdən çıxarıb.

Bu barədə RİA-Novosti bir neçə şəhər sakininə istinadən məlumat yayıb.

"Amerika hərbi aviasiyası əvvəlcə Mayadinin yaxınlığında, Ar-Raxba rayonunda, Haydar fermasının yanında manevr etdilər. Sonra aviazərbələr endirildi, biz gizlənməyə çalışdıq və bundan sonra bir neçə Amerika vertolyotu gördük", - deyə yerli çoban Məhəmməd Avad Al-Hüsein bildirib.

Onun sözlərinə görə, həmin ərazidə İŞİD-in xarici komandirləri var idi: "Onlar Haydar ətrafında öz qərargahları yanında aviasiyanı gözləyirdilər. Vertolyotlar onları götürərək Mayadin hüdudlarına apardı”./publika

İcmal.Az

RƏYLƏR