ABŞ xüsusi təyinatlıları Filippin ordusuna İŞİD tərəfindən işğal edilmiş şəhəri azad etməyə kömək edir.
Amerikalı hərbçilər İŞİD terrorçuları tərəfindən işğal edilmiş Maravi şəhərinin azad edilməsi üçün Filippin ordusu ilə çiyin-çiyinə vuruşur. Bu barədə Amerikanın Maniladakı səfirliyi məlumat verib.
Məlumatda deyilir: "Filippin hökumətinin xahişi ilə ABŞ ordusunun xüsusi təyinatlıları orduya Maravidə keçirilən əməliyyatlarda kömək edir və ordu qüvvələrini dəstəkləyir".
Təhlükəsizlik məqsədi ilə səfirlikdən xüsusi əməliyyatın detalları barədə məlumat verilməyib./olke.az
İcmal.Az

























