7NEWS.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro bildirib ki, Amerika donanması İraqın işğalı zamanı qanlı qarşıdurmaların baş verdiyi və çoxlu mülki vətəndaşın həlak olduğu birinci və ikinci Fəllucə döyüşlərini xatırlamaq üçün yeni desant gəmisini Fəllucə adlandırıb. Adlandırma mərasimində çıxış edən Del Toro, "hər iki Fəllucə döyüşündə rəşadətlə vuruşan və həyatlarını qurban vermiş dənizçilərin, əsgərlərin və koalisiya qüvvələrinin xatirəsini yad etmək şərəfdir. Dəniz Piyadaları Korpusunun döyüşləri bu adla çağırılmağa layiqdir və desant gəmisinin bənzərsiz qabiliyyətləri dünyada hər kəsə, bütün dünyada hər kəsə hədiyyədir."- deyib.
7NEWS.az