"Abşeron" gənclər şəhərciyində 26 yaşlı oğlana 12 bıçaq zərbəsi vurulub

OXUNUB: 883 HADİSƏ

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

 1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu "Abşeron" gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib.

Bu zamanı oğlana 12 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR