ABŞERON RAYON MƏRKƏZİ XƏSTƏXANASI, YOXSA ÖZBAŞINALIQ YUVASI?

OXUNUB: 253 Özəl SOSİAL
Allah heç kimin balasına ağrı-acı yaşatmasın. Dünən gecədən qızımın qulağından şiddətli ağrılar başladı, gecə idi, əlimiz heç yerə çatmadı. Sahə həkiminin köməkliyi ilə sakitləşdirici vasitələrlə birtəhər sakitləşdirdik. Tezdən işdən icazə alıb, uşağı yaşadığım şəhərciyin yaxınlığında yerləşən Abşeron rayon Mərkəzi Xəstəxanasına gətirdik. Nə az, nə çox qabağımızda 174 nəfər vardı. Səbir edib, 3 saat uşağı ağrılı vəziyyətdə gözlətdik. Körpə nə haldan-hala düşdü. Bura gətirmişdik ki, şəhər tıxacdı, harasa çatana qədər, gec olacaq, bura isə evimizin yanıdır, həkimə tez çatdıra bilərik. Hara, kimə, nə dediksə, dedilər növbə gözləyin. Biz də oturub, məşəqqətlə növbə gözlədik. Axı söhbət baladan, körpədən gedir. İnsan balası üçün "of" demədən dünyanın şah damarını da kəsməyə hazır olur. Bütün qız ataları belədir, məncə. İnanın o 3 saat mənə 300 il gəldi. Bir zülm-zillətlə dözdük, nəhayət 174 -cü sıra gəldi və qeydiyyat pəncərəsinə yaxınlaşdım. Aldığım CAVAB(bu cavab deyildi, özbaşınalıq və başıpozuqluğun təcallası idi) məni ŞOKA saldı, onsuzda çılpaqlaşan sinir sistemimi tamamilə tarıma çəkdi. Cavaba baxın: "Bizdə cəmi iki qulaq (Lor) həkimi var, onun da biri əməliyyatdadır, birinin də limiti dolub. Buna durumu izah edirəm, nuh deyir, peyğəmbər demir. Adam bizi barmağına dolayırmış kimi, tasını kresloya bərkidib, "gedin, sabah gəlin" deyir. Etiraz edirəm, "Şöbə müdirinə yaxınlaşın"- bildirir. 129-cu otağa, şöbə müdirinin yanına gəlirəm, bir ağa, şah, kral ədası ilə, üstdən aşağı intonasiya ilə, gözucu üzümüzə baxıb, analoji cavab verir. Digər xəstələrdən icazə alıb, 104-cü otağa həkimin yanına qayıdıram, Fariz doktorun cavabı: "Mən getməliyəm, baxa bilmərəm. Ceyhun doktoru gözləyin, o da saat 3 və 4-də çıxacaq əməliyyatdan".  Ona da şikayətimi bildirirəm. Adam naəlaç halda təkrar edir: - Getməliyəm! 

İndi gələk nəticəyə:
Heç əziz olmayan TƏBİB, axı sənə cənab Prezident bu qədər etimad göstərib, niyə etimada, inama xəyanət edirsən? Doğrudanmı Abşeron boyda ərazidə cəmi 2 lor həkimi var? Doğrudanmı bu məmləkətdə lor həkimi tapılmır? Əlbəttə, sualım ritorikdir. Hər il onlarla, yüzlərlə lor həkimi ixtisaslaşıb, iş həyatına atılır. Bəs dövlət büdcəsindən sizə milyonlarla vəsait ayrıldığı halda, niyə Abşeron qədər böyük ərazisi olan bir rayonun Mərkəzi Xəstəxanasında lor həkimi tapılmır? Axı uşaq ağrılı vəziyyətdə 3 saat gözlədikdən sonra niyə bu cavabı almalıyıq? Axı siz mənim əmək haqqımda İcrabi Tibbi Sığorta ilə bağlı "pul tutanda" mən sizi gözlətmirəm? Sizin İcbari Tibbi Sığortanız dəysin  düz təpənizin ortasına. Cibimin pulu ilə muayinə, müalicə etdirirəm, barı xəstəxanalarınıza həkim tapıb, yerləşdirin. Axı möhtərəm Prezidentimiz İlham Əliyev və ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva daim bu sahəyə diqqət ayırır. Nəhayət Mərkəzi Xəstəxanın baş həkimi, nə xaotik durumdu orada yaratmısan? Sənə bu ixtiyarı kim verib? Axı ən müasir üslubda bina tikilib, ən müasir avadanlıq alınıb, həvalə edilib sənə. Niyə insanları usandırırsan, niyə insanaları iyrəndirirsən? Hələ mən jurnalistəm az-çox hüququmu bilirəm və müdafiə edirəm. Görün siz gün ərzində neçə nəfər siravi vətəndaşı bu cür taleyin ümidinə buraxırsınız. Baş həkim lor həkimin sayını artırmaq əvəzinə daha da azaldıb, qalan pulları da "otkat" etmək üçünmü mövcuddur? Başsız qalmış, müəssisənin "baş həkimi", hara baxırsan, niyə xalqın dövlətə olan  etimadını çilikləyirsən? Axı bu məmləkətdə ASAN Xidmət Nümunəsi var. Fəaliyyət istiqamətləri də sizdən 100 dəfə çoxdur. Niyə orada belə hallar yaşanmır? Niyə xalqı, milləti deyil, öz "otkat"ını güdürsən? Sizə səlaiyyət xalqa, millət xidmət etmək üçün verilib, Siz isə millətə məşəqqət yaşadırsınız.  Həkiminiz yoxdursa, açıq şəkildə elan verin, "xidmət göstərmirik" deyin, biz də dövlətin büdcədən milyonlar ayırdığı dövlət tibb müəssisəsində xidmətlərin olmadığını bilib, dərk edib, həzm edib, özəllərə üz tutaq? Ya bunu etiraf edin, ya adam balası kimi xidmət göstərin, ya da ərizənizi qoyub, rədd olun, bu işi bacaranlar gəslinlər. Nədir bu mərəz, bu marazm? Bu yazıdan sonra inanıram ki, aidiyyəti şəxslər cəzalanacaqlar, yox əgər cəzalanamayacaqlarsa, Allah cəzanızı versin! 

P.S. Cənab Prezidentə və hörmətli Mehriban xanıma müraciət hazırlayacağam! Mənə başqa çıxış yolu buraxmırsınız. Millət naminə, xalq naminə edəcəyəm! Olmaz axı bu qədər olmaz!

Ayyət Əhməd

RƏYLƏR