Abşeronda evdən külli miqdarda pul və qızıl oğurlandı

OXUNUB: 484 HADİSƏ

Abşeron rayonunda mənzildən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramin Həmidovla bağlı Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 7850 manat və 3930 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

 

İcmal.Az

RƏYLƏR