Abşeronda kişi sevgilisini və onun atasını öldürdü

OXUNUB: 874 HADİSƏ

Abşeronda dəhşətli qətl törədilib.

İcmal.Az bildirir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətl S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. 

 

İcmal.Az

RƏYLƏR