Ağdamda ekskovator sürücüsü minaya düşüb

OXUNUB: 500 HADİSƏ

29 dekabr 2021-ci il tarixdə Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman "Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator ilə sürücü 1978-ci il təvəllüdlü Vurğun Məmmədovun tank əleyhinə minaya düşməsi nəticəsində ekskovatora ziyan dəymiş, sürücü hər hansı xəsarət almamışdır.

Bu barədə İcmal.Az-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR