Ağdaş sakininə törətmədiyi əmələ görə iki cəza verildi? - Ağdaşdan Bakıya piyada gələn ŞİKAYƏTÇİ

OXUNUB: 915 HADİSƏ
"Yoldaşıma ekskavatorun çıxartdığı yulğun kollarını yığdığına görə 2200 min manat cərimə və 1 aylıq həbs cəzası kəsilib”. 

Hakimə Qədimova qeyd edib ki, necə ola bilər ki, öğurluq edənə də, kol yığana da eyni cəza verilir?: "O kollar başqası tərəfindən ekskavator tərəfindən çıxarılmışdı. Əlimizdə sübutumuz var ki, o kolları yoldaşım çıxarmayıb. Sadəcə o çıxarılmışları götürüb. Əgər ərimin 2200 manatı var idisə niyə ot yandırır. Hazırda da əlimdə bayraq və xəstə iki uşaqlarımla piyada Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın qəbuluna gəlirəm. Nə məhkəmə, nə də Ağdaş polis bölməsində bizə qulaq asan yoxdur. Ərimə 2200 manat cərimə ilə birlikdə 1 ayda həbs cəzası verilib. Həmin 1 ayın 5 günü gedib. Polislər zorla ərimi maşına mindirib bölməyə aparıblar. Hazırda da körpə uşaqlarımla piyada bu soyuqda Bakıya gəlirəm. Uşaqlarım da xəstədir. Özüm də əməliyyat olunmuşam. Mehriban xanımdan xahiş edirəm ki, mənə kömək eləsin”. 

Ağdaş sakininə törətmədiyi əmələ görə iki cəza verildi? - Ağdaşdan Bakıya piyada gələn ŞİKAYƏTÇİ

Vəkil Əsabəli Mustafayev qeyd edib ki, əgər bir hərəkətə görə bir maddə ilə cəzalanıbsa həm inzibati həbs həm də inzibati cərimə tədbiq etmək olmaz. "İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində də göstərilir ki, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həbs və cərimə əsas inzibati tənbeh növləridir. Yəni bir əmələ görə iki cəza kəsilə bilməz. Əgər cəza veriblər ki, qanunsuzdur. Əgər əməlində iki madddə varsa bəli o zaman iki cəzanın verilməsi mümkündür”./big
 
İcmal.Az

RƏYLƏR