Ağdaşda yaşlı kişi ikinci mərtəbədən yerə yıxılıb

OXUNUB: 496 HADİSƏ

Ağdaş rayonunda evin damından yerə yıxılan ahıl kişi ağır xəsarət alıb.

 1958-ci il təvəllüdlü Mirzəyev Şəmsi Nəsib oğlu rayonun mərkəzində yerləşən evinin damına çıxaraq təmir işi görürmüş.

Bu zaman o, ehtiyyatsızlıq edərək ikimərtəbəli evin damından yerə yıxılıb. Kişi ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir./report

 

 

İcmal.Az

RƏYLƏR