Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"

OXUNUB: 214 Özəl SİYASƏT
7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev bu gün erməni təxribatına münasibət bildirərkən deyib: "Xarici İşlər Nazirliyinin bəyanatı: "3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir. 
Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir. 
Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir". Allah şəhidimizə rəhmət eləsin.

RƏYLƏR