Adındakı "Qulu" adından imtina etmiş Hüseyqulu Bağırovun Londondakı şirkəti müflüsləşib

OXUNUB: 514 Özəl İQTİSADİYYAT HADİSƏ
"Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Azərbaycanda üzləşdiyi problemlər (məhkəmə prosesi, böyük ehtimalla maliyyə nəzarəti) onun ailə üzvlərinin Londondakı biznesini iflic edib. Səbəblər sırasına sabiq nazirin Avropadakı otelçilik biznesini məngənəyə salan pandemiya da daxildir".
 
Vətəninfo.az xəbər verir ki,bu məlumatı jurnalist Cavanşir Həsənli facebook-da öz səhifəsində paylaşıb.Jurnalistin yayımladığı məlumatda deyilir ki,İngiltərədə keçmiş nazirə məxsus, qızı Sevinc Bağırovanın adına rəsmiləşdirilmiş NORDFIELDS MANAGEMENT LIMITED şirkətinin adı maliyyə çətinlikləri və vergi borcları ucbatından artıq Britaniya Şirkətlər Evinin "qara siyahısı"na salınıb. Oktyabrın 20-də rəsmi "First Gazette"də yer alan bildiridə şirkətin iki ay ərzində qeydiyyatının ləğv ediləcəyi və ona aid bütün əmlak və vəsaitin Krallığın xeyrinə müsadirə olunacağı barədə xəbərdarlıq olunub.
Xəbərdarlıq sahibsiz mülkiyyət hüququnu tənzimləyən "bona vacantia"dan gedir.
Bu ayın 7-də isə Sevinc Bağırovanın müraciəti nəzərə alınaraq şirkətin ləğvi prosesi müvəqqəti olaraq dayandırılıb.
Vergi ödəmələrindəki problemlər ucbatından Bağırovlar ailəsi Qlazqodakı oteli idarə edən NORDFIELDS PROPERTIES LIMITED şirkəti ilə bağlı illik hesabatı iki aya yaxın müddətdə  gecikdiriblər. Ailəyə məxsus bir neçə şirkət noyabrın ilk günlərində əvvəlki dəbdəbəli ünvanlarını (Hatton Garden 63-66 və Borough High street 85-87) tərk edərək Princes street 4-də cəmləşib.
Hüseynqulu Bağırovun Avropadakı biznesini xilas etmək üçün hələ yay aylarında Azərbaycandakı geniş torpaq sahələrini və meyvə bağlarını satışa çıxardığı məlum idi. Lakin güman olunur ki, onun ölkədən qanunsuz vəsait çıxarmasına imkan verilməyib.
 
 

RƏYLƏR