"Baku Electronics" müştəriləri belə aldadır: DƏLƏDUZLUQ İFŞA EDİLDİ - ÖZƏL

OXUNUB: 644 Özəl İQTİSADİYYAT HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu məlumat verib: "'Baku Electronics'dən məhsul alanda iki dəfə düşünün, sonra almağa qərar verin. Müştərilər aldadılır. Dayımoğlu övladlarını məktəbdə və yolda nəzarətdə saxlamaq üçün "Canyon" markalı uşaq üçün 2 ədəd naviqasiyalı saat alıb. Ödənişləri edib və bir aydan sonra saatlar bloklanıb. Sonradan məlum olur ki, Baku Electronics IMEI kodunu açdırmadan saatları satırmış və satış zamanı müştəriyə bu barədə məlumat verilmir.
Düz iki aydır get-gələ salıblar, bugün açılacaq, sabah açılaaq deyirlər, vaxt uzadırlar. Amma problemi həll etmirlər. İMEİ kodunu açdırmaq üçün müştəri hər saat üçün 40 manat da əlavə harasa ödəməlidir."
7NEWS.az

RƏYLƏR