MİDA 500-ə yaxın mənzili 4 saniyədə "satıb": MAKLERLƏR İŞİ BİZNESƏ ÇEVİRİBLƏR

OXUNUB: 407 Özəl İQTİSADİYYAT HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Amin Nəzərli məlumat verib: "Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı  Yasamal yaşayış kompleksinin ikinci mərhələsi başa çatdı. 500-ə yaxın mənzil müəmmalı şəkildə 3-4 saniyədə satıldı. Onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarması mümkünsüzdür. Həmişəki kimi uzun illər müəllim işləyənlər, gənc ailələr, elm adamları və bir çox layiqli şəxslər layihədən uzaq və evsiz qaldı. Qurulan ədalətsiz seçim prinsipi davam etdi. Maklerlər işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. MİDA-nın xəbəri yoxdur (bəlkə də var). 
Yəni qısaca MİDA-ya bir NİDA!"
7NEWS.az

RƏYLƏR