"Adını qızımda yaşadanım, yaxşı ki, varsan..." – Zaurun bu görüntüləri HƏR KƏSİ KÖVRƏLTDİ.VİDEO

OXUNUB: 1110 ŞOU-BİZNES
Bu gün aparıcı Zaur Baxşəliyevin anası Dilavər xanımın doğum günüdür.

İcmal.az xəbər verir ki, Zaur instaqram hesabında anası ilə görüntülərini paylaşaraq ona təbrik postu yazıb:

"Canım, ürəyim, gedib gələn nəfəsim, Anam, ad günün mübarək. Sən bizi nə əziyyətlə böyütdün, yeməyin ən yaxşı yerini həmişə bizə yedirtdin, geyimin ən yaxşısını bizə geydirdin, həyatda ən yaxşı mövqelərdə olmağımız üçün dişinlə, dırnağınla çalışdın. Sevməyi, sevilməyi, vicdanlı olmağı, təmiz olmağı bizə öyrətdin. Bir yerim ağrımamış hiss edib birinci zəng edənim, özümü yaxşı hiss edəndə xoşbəxt olanım, bir saniyə belə məni yadından çıxartmayanım, yatanda, duranda, namazında dualarında məni düşünənim, həyatını mənə həsr edənim, qolları açıq hər zaman məni gözləyənim, ürəyinin yağını mənə yedirənim, əllərinin qabarı ilə məni böyüdənim, məni yoxdan var edənim, adını qızımda yaşadanım, nə yaxşı ki, mənim anamsan. Nə yaxşı ki, sən məni dünyaya gətirmisən. Allah səni mənə çox görməsin!"


RƏYLƏR