AFFA-dakı şok “mənimsəmə əməliyyatı”: Elxan Məmmədov milyonları necə qazanır?

OXUNUB: 1602 Özəl İDMAN

3,826,864.00 AZN –Bu, AFFA-nın 2019-cu il üçün illik hesabatında göstərdiyi "Əmək haqqı və ezamiyyə xərcləri”dir. Kifayət qədər yüksək rəqəmlərdi

 

Hesabatda qurumun işçi sayı və əməkdaşların aldıqları məcaviblər də göstərilməyib. Maraqlıdır, bu rəqəmlər həqiqəti nə dərəcədə əks etdirir?

Bununla bağlı PİA.az sportlife.az-ın apardığlı araşdırmanı diqqətinizə çatdırır:
İlk məlumat qurumun ezamiyyə xərclərindəki pozuntularla bağlıdı. Mənbənin bildirdiyinə görə, AFFA-nın təyin etdiyi 1 günlük məbləğ Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin təyin etdiyi normalardakı məbləğdən dəfələrlə aşağı olur. Yəni mənimsəmə əməliyyatları baş verir. Bu, necə olur? Mənbə bildirir ki, əməliyyat müxtəlif yollarla – Ezamiyyə xərclərinin normalarından xəbərsiz olan futbolçular və məşqçilər üçün normadan qat-qat aşağı bir məbləğ təyin etməklə, xaricə ezam olunan əməkdaşlardan könüllü formada, məbləğin böyük hissəsinin "otkat” şəklində geri almaqla və məcburiyyətdən susan hakimləri daha aşağı məbləğə qol çəkdirilməklə həyata keçirilir.


Məsələnin hakimlərlə bağlı hissəsini bir qədər də araşdırmaq üçün bir neçə referi ilə əlaqə saxladıq. Adlarının çəkilməsini istəməyən hakimlər vəziyyətin düşünüləndən də acınacaqlı olduğunu bildirdi. Sən demə, son aylarda ümumiyyətlə ezamiyyə xərcləri verilmirmiş. Öz ciblərindən xərcləyən ədalət təmsilçiləri əvvəllər adətən 1 gün üçün 25 manat aldıqlarını söylədilər. Məsələn, Qəbələyə 25 manat, Gəncəyə 2 gün yazıb 50 manat verirmişlər. Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin qoyduğu normalarda isə bu rəqəm 45 manat olaraq göstərilir. Bu o deməkdir ki, dövlətin 1 hakimə 1 gün üçün qanunla müəyyən etdiyi halal 20 manatı AFFA mənimsəyir. Premyer Liqa, Birinci Divizion, Aşağı yaş qrupları oyunlarına ezam olunan hakimlərin haqları yeyilir, mövsüm ərzində 30-40 min azn arası məbləğ Elxan Məmmədovun "qara kassa”sına daxil olur. Nə üçün Elxan Məmmədovun? Çünki, AFFA-dakı bütün xərclər və maliyyə təqdimatlarına nəzarət Elxan Məmmədovun əlindədir. Hakimlərin və haqqını ala bilməyən quru maaşla dolanan bəzi AFFA əməkdaşlarının bu günə qədər danışa bilməməsinin isə yalnız 1 sadə səbəbi var. Danışan ya işini itirər, ya da bir də təyinat üzü görməz…

Kifayət qədər şübhəli məqamlar var. Yəqin ki, aidiyyatı qurumlar SOCAR-ın dotasiyası hesabına saxlanılan AFFA-dakı vəziyyətlə bağlı tezliklə araşdırmalar aparacaqlar…

7News.Az

RƏYLƏR