Afrika ölkəsi Cibuti kosmosa ilk yerli peykini buraxıb

OXUNUB: 241 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Afrika Buynuzu ölkələrindən biri olan Cibuti ilk yerli peykini kosmosa göndərməyə müvəffəq olub. Cibutinin İqtisadiyyat və Maliyyə Naziri İlyas M. Dawaleh ölkədə istehsal olunan ilk peykin Amerika kosmik gəmisi və raket istehsalçısı SpaceX tərəfindən uğurla kosmosa buraxıldığını bildirib. Davaleh bildirib ki, Cibuti alimlərinin istehsal etdiyi nanopeyk ölkənin texnoloji tərəqqidə qətiyyətini nümayiş etdirir. Ölkə daxilində temperaturdan yağıntıya, çay səviyyəsindən qurulara qədər bir çox ekoloji dəyişikliyi müşahidə edə biləcək yerli peyk "Cibuti 1A" adlanır.

7NEWS.az

RƏYLƏR