Afrikanın ən zəngin qadını və ortaqlarının 1 milyard dollarlıq varlığı müsadirə edildi

OXUNUB: 246 Özəl DÜNYA

Anqolanın Ali Məhkəməsi keçmiş prezident Xose Eduardo dos Santosun qızı İzabel dos Santosun və onun tərəfdaşlarının 1 milyard dollarlıq əmlakının müsadirə edilməsinə qərar verib. 

7NEWS.az xəbər verir ki, Anqola Mətbuat Agentliyinin (ANGOP) xəbərinə görə, Afrikanın ən zəngin qadını olaraq göstərilən və həbsinə orderi olan Santos və bəzi ortaqları dövlət tərəfindən korrupsiyada günahlandırılıb. Məhkəmə qərarında Santos və ortaqlarının əlində olan Embalvidro və UNITEL T+ şirkətlərinin hamısına, Upstar Comunicaçoes və MSTAR şirkətlərinə yüzdə 70-ə müsadirə edilməsi tələb edilib. 

Qərarda Santosun dövlət kapitalı ilə qurulan şirkətlərə nəzarət etdiyi və oradakı pulları xaricdəki şirkətlərə köçürdüyü bildirilib.  

7NEWS.az

RƏYLƏR