Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib.
Qrant müsabiqəsinə 7 istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.
Müsabiqə qaliblərini səmimi qəlbdən təbrik edirik!
Məlumat üçün bildiririk ki, 22 avqust 2022-ci il tarixinə kimi qrant müqavilələri bağlanmalıdır və müsabiqənin nəticələrinə əsasən qalib elan edilən QHT-lərin 22 avqust 2022-ci ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır.
Əlavə məlumat üçün Agentliyin Aparatının əməkdaşları Xatirə Bəşirovaya (0503413771), Ülkər Süleymanovaya (0556986232), Agentliyin rəsmi sosial şəbəkə hesablarına və ya [email protected] mail ünvanına müraciət edə bilərsiniz.