"Ahbap" zəlzələ qurbanları üçün Qızılaydan çadır aldığını təsdiqlədi

OXUNUB: 171 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, "Ahbap" dərnəyi, Kahramanmaraş zəlzələlərindən sonra zəlzələ qurbanlarının sığınacaq ehtiyaclarını tez bir zamanda qarşılamaq üçün Qızılaydan çadırlar aldığını təsdiqləyib. Bu açıqlama ilə bağlı müzakirələr davam edərkən özəl bir televiziya kanalında canlı yayıma qatılan Haluk Levent də Qızılaydan yemək təmin etdiklərini söylədi.

Dərnək rəsmi sosial media hesabından verdiyi açıqlamada, anbarlarında olan 2050 çadırın Qızılaya bağlı şirkət olan Qızılay Çadır ve Tekstil AŞ-dan alınaraq zəlzələ bölgələrinə çatdırıldığını bildirib.

7NEWS.az

RƏYLƏR