Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinaya "namizəd üzv” statusunun verilməsinə razılıq verib.
7NEWS.az xəbər verir ki, Avropalı diplomatların AFP-yə verdiyi açıqlamada, birlik ölkələrinin Bosniya və Herseqovinaya "namizəd statusu" verməyə razılaşdıqları bildirilib. Brüsseldə toplanan Avropa işləri nazirləri, blokun icra hakimiyyətinin oktyabr ayında üzvlük prosesinə başlamağı tövsiyə etməsindən sonra Bosniya və Herseqovinanın namizədliyinə yaşıl işıq yandırdılar. Bu addımın cümə axşamı Brüsseldə keçiriləcək sammitdə Aİ liderləri tərəfindən rəsmi şəkildə imzalanacağı gözlənilir.
Digər tərəfdən, Avropa Komissiyası Bosniya və Herseqovinanın üzvlüklə bağlı rəsmi danışıqlara başlamasının növbəti mərhələsinə keçməzdən əvvəl ölkənin həyata keçirməli olduğu 14 islahat prioritetini müəyyən edib.
Beləliklə, Bosniya və Herseqovina Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Moldova və Ukrayna ilə yanaşı, namizəd üzv statusuna malik 8-ci ölkə olub. Avropa İttifaqına üzvlük prosesi uzun illər çəkə bilər, çünki namizəd ölkələr onlara qarşı qoyulan islahatları həyata keçirirlər.