Aİ fövqəladə hallarda patentləri dayandırmağa hazırlaşır

OXUNUB: 215 Özəl DÜNYA
Avropa İttifaqı (Aİ) Covid-19 kimi fövqəladə hallarda son çarə olaraq patent mühafizəsinin dayandırılmasına imkan verəcək yeni sistemin yaradılmasını təklif edib.

7NEWS.az xəbər verir ki, Aİ Komissiyası İttifaqın patent qaydalarında dəyişiklikləri ehtiva edən yeni tənzimləmə paketini açıqlayıb.

Müvafiq olaraq, böhran dövründə tətbiq olunacaq yeni Aİ-da məcburi lisenziyalaşdırma sistemi qurulacaq.

Aİ ortaq bazarında çip və ya sağlamlıq kimi sahələrdə meydana gələ biləcək böhranlar bu əhatəyə daxil ediləcək. Beləliklə, böhrandan çıxmaq üçün könüllü olaraq razılaşmaların edilə bilməməsi və ya bunun kifayət etməməsi halında son çarə olaraq tətbiq olunacaq sistem, əhəmiyyətli patentli məhsul və texnologiyalara çıxış təmin edəcək.

7NEWS.az

RƏYLƏR