Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı

OXUNUB: 909 DÜNYA

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay müddətinə uzadıb.

İcmal.Az-ın məlumatına görə, bu barədə Aİ-nin çərşənbə günü, iyunun 28-də, yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, qərar yekdilliklə qəbul olunub. Sanksiyalar Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin 22-23 iyun tarixlərində keçirilən sammitdə Minsk razılaşmalarının yerinə yetirilməməsinə dair hesabatından sonra uzadılıb. 

İcmal.Az

RƏYLƏR