Ailəsi tərəfindən rədd edilən ata - Canlı yayımda intihar etdi

OXUNUB: 1003 DÜNYA

Canlı yayım edib, hamının gözü qarşısında özünü öldürüb.

Hadisə Türkiyənin Kocasinan rayonuna bağlı Yavuz Səlim məhəlləsində baş verib. Özünün razılığı alınmadan, qızının evlənməsinə icazə verildiyini iddia edən Ayxan Uzun axşam saatlarında sosial mediada paylaşım edib. Uzun "Facebook" hesabında "Axşam canlı efir var və vəsiyyətimdir məni bu hala qoyanlar dəfnimə gəlməsin",- deyə yazıb. Evdə tək olduğu bildirilən Uzun saat 22.30 sıralarında "Facebook" hesabı üzərindən canlı yayım edib və təxminən bir dəqiqə ərzində yaxınlarından gileylənərək "Bəlkə bəziləriniz bu etdiyimə şou deyəcəksiniz. Mənim yaşadığımı heç bir şəxsin yaşamasını istəmirəm. Bir az sonra əlimdəki silahla həyatıma son verəcəyəm" sözlərini deyib.

"Facebook"dakı yaxınlarının etmə şəklindəki ifadələrinə baxmayaraq, Ayxan Uzun "Əlvida, mən gedirəm, özünüzə yaxşı baxın",-deyə vida edib, üçə qədər sayıb, sonra da tapançanı başına dayayıb tətiyi çəkərək həyatına son verib.

Polis hadisə ilə bağlı araşdırma başladıb./goldnews.az

İcmal.Az

RƏYLƏR