Ailəsindən gizlin İstanbula gedən modelin əməliyyat masasında halı pisləşdi - VİDEO - FOTO

OXUNUB: 605 DÜNYA

32 yaşlı model Liziane Gutierrez estetik əməliyyat zamanı halının qəfil pisləşməsi səbəbi ilə reanimasiyaya yerləşdirilib.

İcmal.Az Haberler-ə istinadən xəbər verir ki, qarın nahiyəsindəki yağları çıxartdırmaq məqsədi ilə Amerikadan İstanbula gedən gənc modelin həyatı hazırda  təhlükə qarşısındadır.

Model ailəsinin etirazlarına baxmayaraq bu əməliyyat üçün gizli olaraq İstanbula gedib.

 

Qeyd edək ki, 32 yaşlı model Liziane Gutierrez 2017-ci ildə amerikalı reper Kris Brounun ona təcavüz etdiyi iddiası ilə məhkəməyə müraciət etmişdi.

İcmal.Az

Estetik əməliyyat etdirən modelin halı əməliyyat masasında pisləşdi

RƏYLƏR