"Ağır günlərimdə dost deyib məclisinə pulsuz getdiyim insanlar..." - VİDEO

OXUNUB: 669 ŞOU-BİZNES
ARB Ulduz-un "Şou Məkan” verlişinin qonağı müğənni Abdul Xalid olub.

Müğənni ilk olaraq gördüyü işlərdən söz açıb:

"Yeni işimizi dəyərli sənətkarımız, Əməkdar artist Yusif Mustafayevin "Yavaş yeri” mahnısını dəyərli dostumuz İlkinə həvalə elədim. Düzdür, efirlərdə həmin mahnını bəzi insanlar oxuyublar. Mən də Yusif müəllimdən halallığını aldım. Qərara aldıq ki, səsyazmasını həyata keçirək.

Oxunmuş bir sıra mahıları nəzərdən keçirdim ki, görüm hansını oxusaq, yenidən nəfəs versək, yaxşı olar. İlkinlə də məsləhətləşdik. O dedi ki, elə "Yavaş yeri” mahnısını oxu!”

İfaçi aranjiman və musiqiçilər üçün pulqabının ağızını açdığını deyib: 

"İlkin dostumdur, qardaşımdır, amma hər şey öz qaydasında, öz yerində. Təbii ki, İlkinin öz zəhməti var. Orda canlı musiqiçilər var ki, onlar mahnını ifa ediblər. Bu, əziyyətli işdir. Sözünü demiş, sevilmiş bir mahnını yenidən tamaşaçıya başqa cür təqdim eləmək çətindir”.

Müğənni indiyə kimi bir çox sənətçinin mahnılarının halallığını aldığını və heç kimin ona imtina cavabı vermədiyini qeyd edib:

"Mən kimin mahnısını oxumaq istəmişəm, hamısı sağ olsunlar, sevə-sevə veriblər. Mətanət İsgəndərli ilə oxumuşam. Bu yaxınlarda Tünzalə Ağayevadan oxuyacam. Niyaməddin Musayevdən də mahn ifa etmişəm. Hamısı da halallığını verib. Çünki onlar bilirlər ki, mən həmişə böyüyün, kiçiyin yerini bilən olmuşam. Mən sevməmişəm ki, durum özbaşına kiminsə mahnısını oxuyum”.
 

Müğənni biznesindən də danışıb: 

"Əslində biznes mənim ikinci işimdir. Mənim ilk və sevdiyim işim musiqidir. Bu sənətə illərimi qoymuşam. Biznes isə xırda biznesdir.

İnsanlar elə fikirləşir ki, Xalid artıq oxumur. Bir ara söz çıxardılar ki, anası rəhmətə gedib, Abdul daha oxumayacaq. Bu fikirləri söyləyənlər bizi istəməyən adamlardır ki, şaiyələr yayırlar”.

Abdul Xalid "pulsuz toylar kralı” olmağı bir kənara qoyub, bundan sonra hər çağırılan yerə qarşılıqsız getməyəcəyini deyib:

"Kiminsə hansısa tədbiri olanda fikirləşir ki, Abdul Xalid gələr. Abdul Xalid bir gün and içəcək və heç bir yerə getməyəcək. Yəni o da ola bilər.

Qabaq filankəsin dayısı qızının oğlunun nəvəsinin toyuna gedirdim. İndi fikirləşirəm ki, mən nəyə gedirəm ey? Məndə bədbəxtlik odur ki, üzüm kəsmir. Yox kəlməsini çox çətinliklə deyirəm.

Ağır günlərimdə qardaş, dost deyib məclisinə pulsuz getdiyim insanların qapısını döydüm. Qapılar üzümə bağlandı. Dedim hə, bax, insanlar bu imişlər. Fikirləşirlər ki, Xaliddir də, gəlib iki mahnı oxuyub gedəcək. Daha bilmirlər ki, iki mahnını da qiyməti var. Demək, özüm özümə qiymət verməmişəm”.


İcmal.Az

RƏYLƏR