Ağır qəzada komaya düşən 23 yaşlı Sevincin FACİƏVİ SONU - VİDEO

OXUNUB: 797 HADİSƏ
Sentyabrın 5-də Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı komaya düşən 4 nəfərdən biri dünyasını dəyişib.

İcmal.Az report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı müalicə aldığı 3 saylı Kliniki Tibbi Mərkəzdə komadan ayılmayaraq dünyasını dəyişib. Qeyd edək ki, qəza Kürdəxanı qəsəbəsində baş verib. "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşınına arxadan çırpılıb. Hadisə "MAN" dönmə əməliyyatı edərkən baş verib.

Nəticədə "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. Daha 4 nəfər isə yaralanaraq 1-ci dərəcəli koma vəziyyətinə düşüb. Hazırda yaralılardan 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlunun da vəziyyəti olduqca ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.


 İcmal.Az


RƏYLƏR