Ajda Pekkan məhkəməyə getdi

OXUNUB: 729 ŞOU-BİZNES

Müğənni Ajda Pekkan haqqında yayılan xəbərlərə son qoymaq üçün məhkəməyə baş vurub.

 
İcmal.Az xarici KİV-ə istinadən məlumat verir ki, son günlər müğənni gənc sevgilisi olması xəbərləri ilə gündəmdən düşmür. Özündən 22 yaş kiçik Bülent Çavuşoğlu ilə eşq yaşayan Ajdanın bu səbəblə qardaşı Semiramis Pekkanla bir neçə dəfə mübahisə etdiyi deyilir. 

Hazırda cütlük İstanbulda yerləşən evdə yaşayır. Yayılan  xəbərlərə son qoymaq istəyən Ajda məhkəməyə baş vurub və şikayətçi olub. 

Qeyd edək ki, müğənnini 72, sevgilisi Bülent Çavuşoğlunun isə 50 yaşı var.
 
İcmal.Az

RƏYLƏR