2019-ci ildə Türkiyədə prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana dəstək verəcəklərini açıqlayan MHP başqanı Dövlət Baxçalı "İYİ Parti”yə CXP və PKK yönümlü HDP ilə ittifaq qurması təklifini verib.
Sabiq MHP-çi, eks vitse-spiker Meral Akşənərdən isə bu təklifə sərt cavab gəlib.
Xanım Akşənər ilk öncə "İYİ” Partiyanın nə addım atacağına özlərinin qərar verəcəklərini bəyan edib:
"Başqalarının iradələri haqqında danışmaq siyasi olaraq ayıbdır. Kimsə kimin nə edəcəyi mövzusunda ağıl vermə mərtəbəsində, məqamında deyil. Biz hörmətli Baxçalıya sayın Ərdoğanı niyə qeyd-şərtsiz dəstəklədiyini deyə bilərikmi? Deyə bilmərik. Belə qərar verib, ona da sayğı duymaq lazımdır. Bizim də nə edəcəyimizə özümüz qərar veririk”./oxu
İcmal.Az

























