Alatavada evləri uçuran “Melissa Group”un rəhbəri saxlanılıb

OXUNUB: 986 HADİSƏ
"Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

 Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işləri "Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.

RƏYLƏR