Albaniya Böyük Britaniyanın immiqrasiya naziri Robert Cenrikin albanlarla bağlı açıqlamalarına görə Böyük Britaniyanın Tirandakı səfiri Alastair King Smith-i Avropa və Xarici İşlər Nazirliyinə çağırıb və bu ölkəyə şifahi nota verib.
7NEWS.az xəbər verir ki, Albaniya Avropa və Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, İngiltərə nazirinin açıqlamaları səbəbilə İngiltərənin Tirandakı səfiri Alastair King Smith-ə şifahi notanın verildiyi bildirilib. Bəyanatda nifrət və ayrı-seçkilik dilindən yayınmamaq, iki demokratik ölkənin beynəlxalq təşkilatlarda tərəfdaş və müttəfiq kimi öhdəliklərini yerinə yetirmək üçün dialoq və konstruktiv əməkdaşlığın davam etdirilməsi tələb olunub.
7NEWS.az