ABŞ tədqiqatçıları "acinetobacter baumannii" kimi tanınan super bakteriyanın müalicəsində effektiv istifadə olunacaq antibiotikin kəşfində süni intellektdən faydalanıblar.
7NEWS.az xəbər verir ki, McMaster Universiteti və Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri ölümcül super bakteriyalarla mübarizə apara bilən bir antibiotik (abaucin) hazırladıqlarını açıqladılar. Tədqiqatçılar qeyd ediblər ki, preparatın hazırlanmasında minlərlə antibakterial molekulun strukturunu skan etmək üçün istifadə edilən süni intellektdən istifadə olunub.
7NEWS.az