Hətta bu qərar da yetərli deyil, 100 dəfə demişik, bir daha da deyək: Nəğrsiz ödəniş zamanı verilən kassa çeklərinin unikal nömrələri avtomatik olaraq lotoreya biletinə çevrilir, Maliyyə və İqtisadiyyat nazirlikləri birgə hər ay sonu bahalı və çoxsaylı hədiyyələri uduşa çıxarır – vətəndaşlar da bu addıma görə çalışıb nəğdsiz ödəniş edirlər, kassa çeklərini toplayıb, heç olmasa ayda 1 dəfə AZTV-yə ürəklə və maraqla baxaraq lotoreyanın nəticələrini gözləyirlər. İki-üç belə tirajdan sonra yüzlərlə insanımız hədiyyə udsa, bu işə inam yaransa, kiminsə qohumu-qonşusu hədiyyə qazansa, bütün millət kartla alış-verişə keçəcək.
Ağılla, məntiqlə atılmalı addımlar belə olmalıdır. Hökumətdə bütün yaxşı ideyaların içinə etmək kimi özəl bir xüsusiyyət var. İdeya özü əladı - mexanizmlər isə....