Alışanova sui-qəsd edən şəxsdən ÖLÜMLƏ TƏHDİD: "Bu həyatda yaşamayacaqsan"

OXUNUB: 597 HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, məhkəmə prosesində təqsirləndirilən şəxs Şücayət Əkbərov Aqşin Hüseynovu təhqir edib.

A.Hüseynov da ifadə verərək bildirib ki, Şücayət tərəfindən daima təhqir və təzyiqlərə məruz qalır. "O, iddia edir ki, idarə rəhbəri işləyib, milyonları olub. Mən onun yanında çalışanda nə onun milyonlarını, nə də texnikalarını görmüşdüm. Çünki bütün yığdıqlarını Arif Alışanovun pulları hesabına edib". 

Daha sonra Şücayət Əkbərov Aqşini təhqir edərək, deyib ki, bu pullar onun deyil, Aqşinin "dədəsinindir". Daha sonra Aqşinin vəkili Nüşabə Ağayeva bildirib ki, Şücayət və onun adamları tərəfindən Aqşin və onun ailəsi sosial şəbəkələrdə təhqirlərə məruz qalıb, şantaj olunurlar.Vəkil hakimdən bu barədə tədbir görülməsini istəyib. Şücayət Əkbərov da bunun şantaj deyil "haqq" olduğunu deyib. 

Bildirib ki, bu cür hədə-qorxular davam edəcək və Aqşinin başına oyun açacağını deyib. Qeyd edək ki, məhkəmədən əvvəl də Şücayət Əkbərov Aqşini hədələyib. Belə ki, Şücayət Əkbərov Aqşini onun üzünə durmaqda günahlandırıb: "Aqşin, görəcəksən səni nə günə qoyacam. Sən bu həyatda yaşamayacaqsan. Sən mənim üzümə durdun. Mən uzun illərdir idarə mudiri işləmişəm, milyonlarım olub. Sənə köməklik göstərmişəm". Şücayət Əkbərov daha sonra Aqşnin ailəsini təhqir etməyə başlayıb. Aqşin isə baş verən cinayət hadisəsində Şücayətin üzünə durmadığını və baş verən hadisələri real olaraq dilə gətirdiyini bildirib: "Məni təhqir etmə. Mən sənin törətdiyin cinayəti qeyd etmişəm. Sənin günahından həbsdəyəm". 
 

İcmal.Az

RƏYLƏR